DünyaMuharibəSiyasət

Zelenski: Qərbin dəstəyi olmasa, geri çəkiləcəyik.

Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin dəstəyi olmasa, Ukraynanın müharibədə “geri çəkilmək” məcburiyyətində qalacağını bildirib.

Toplum TV “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Zelenski açıqlamasında Yaxın Şərqdəki vəziyyətə görə, Qərbin diqqətinin Ukraynadan getdikcə yayındığını bildirib.

“Hazırda mən diqqətimi Qərbdən kömək almağa yönəltmişəm. Onların diqqəti isə Yaxın Şərqdəki vəziyyətə və digər səbəblərə görə yayınır. Dəstək olmasa, biz geri çəkiləcəyik”, – “Bloomberg” Ukrayna Prezidentindən sitat gətirib.

 

O, həmçinin iddia edib ki, Rusiya Federasiyasının Ukraynada hakimiyyət çevrilişi təşkil etmək və Zelenskini vəzifəsindən uzaqlaşdırmaq planı var.

“Kəşfiyyatımızda tərəfdaşlarımızdan da gələn məlumatlar var”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Kreml bu planı “Maydan 3” adlandırır. Bu, Ukrayna cəmiyyətini parçalamaq, “xaos” yaratmaq və sonda Zelenskini aradan qaldırmaq planıdır.

Bununla belə, Zelenski növbəti dəfə Ukraynanın münaqişənin dondurulması ilə razılaşmayacağını və cəbhədə qış döyüşlərinə hazırlaşdığını bildirib. (Toplum)

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ İnstitutu: Ukrayna ordusu cəbhədə əhəmiyyətli uğurlar qazanır…

redaktor

Tramp Zelenskini Rusiya dizel mühərriklərinə hücumları dayandırmağa çağırıb

redaktor

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor