15 C
Bakı
29 Mart 2026 15:04
Dünya

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1140 hərbçisini itirib.

Tacxeber.com“Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 316 760 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 27 tank, 11 zirehli döyüş maşını, 29 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

ÇL-in oyunları bu kanallarda

admin

Zəlzələ biznesmeni bir anda müflis etdi: “Çaydan tapanda sevindim ki…” – VİDEO

redaktor

Dünyanın “ən sevimli” oğlanı, xəyanət, müəmmalı ölüm – Kralın QƏRİBƏ HƏYATI

admin