24 C
Bakı
23 İyun 2025 19:55
Gündəmİdman

Rövnəq Abdullayev: “De Byazinin fatihəsini verməkdənsə…” – MÜSAHİBƏ

 

Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində İsveç yığmasını 3:0 hesabı ilə məğlub edib.

Tacxeber.com xəbər verir ki, matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

– Oyun haqqında nə deyə bilərsiniz?

– Milli axır ki, bizləri, azarkeşləri sevindirdi. Bu artıq bir dönüşdür. Çempionatımız çox maraqlı keçir. Lider, axırda qalan yoxdur. Bugünkü oyun da bunun nəticəsidir. Hamını təbrik edirəm.

– Bu qələbədən sonra Canni De Byazinin baş məşqçi postunda qalması nə dərəcədə realdır?

– Bu məsələ hələ müzakirə olunmur. Bu, AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda bir oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin.

– Belçikadakı nəticə baş məşqçi üçün həlledici olacaq?

– Bəli. Hər şey ola bilər. Bu gün komandaya uğurlar arzulayaq ki, uşaqlar bu əhval-ruhiyyə ilə Belçikaya qarşı yaxşı mübarizə aparsınlar.

– Martda yenidən AFFA-nın prezidenti vəzifəsində qalacaqsınız?

– Ona baxarıq.

Tacxeber.com

Oxşar xəbərlər

“Bu, jurnalistika deyil, tərbiyəsizlikdir!” – Rəşad Məciddən Çingiz Abdullayev qalmaqalına reaksiya

redaktor

Dünən Qarabağ-Şamaxı oyununda azarkeşlər tərəfindən mediaya yağdırılan təhqirlərə cavab. VİDEO

admin

Ronaldo qılıncla rəqs etdi – VİDEO

redaktor