24 C
Bakı
11 Avqust 2025 22:20
Cəmiyyət

“Nadir Şah Qənirə Paşayevanın qohumudur”- Sensasion açıqlama

“Nadir Şah Qənirə Paşayevanın qohumudur”- Sensasion açıqlama

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmovun fikirləri müzakirə predmetinə çevrilib.

Belə ki, onun AMEA-da Nadir Şahla bağlı səsləndirdiyi fikirlər gündəmi zəbt edib:

“Əfşarlar imperiyasının qurucusu Nadir Şah gədəbəyli olub. Gədəbəydə Nadir şah tərəfindən inşa edilən Şahzadə bulağı da mövcuddur”.

Qeyd edək ki, professorun həmin sözləri sosial şəbəkələrdə də geniş  müzakirə mövzusuna çevrilib.

“Nadir Şah” əsərinin müəllifi, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz Cebhe.info-ya açıqlamasında bildirib ki, Nadir Şah mərhum millət vəkili Qənirə Paşayevanın qohumudur:

“Nadir Şah əslən Tovuzdandır. O, Tovuzun Qırıqlı kəndindəndir. Bu, tarixi faktdır. Hətta Nadir Şah mərhum millət vəkili Qənirə Paşayevanın qohumlarından olub. “Nadir Şah” kitabı çap olunandan sonra Qənirə xanım mənə zəng edərək, “Nadir Şahın qohumumuz olduğunu heç mən də bilmirdim”,-  dedi. Gədəbəyi  bura qatmasınlar”.

Əsərin müəllifi bildirib ki, Nadir Şahın anasının ayrım tayfasından olduğu iddiası tamamilə əsassızdır:

“Kim nə istəyir, deyir. Ümumiyyətlə, onun anasının haradan olması barədə mənbə yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Əlilliyi olanlara birdəfəlik ödəmə verilib

redaktor

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi

admin

Şəhid Elçin Kərimbəylinin doğum günü ilə əlaqədar şəhidin məzarı ziyarət edilib.

admin