16 C
Bakı
27 Sentyabr 2025 00:05
Sağlamlıq

Balı belə yeməyin! – İflic edib öldürür…

 

Bal tərkibindəki antioksidantlar, vitaminlər və minerallar sayəsində immunitet sistemini gücləndirə, yaraların sağalmasını sürətləndirə və öskürəyi azalda bilər. Bununla belə, istehlak miqdarına diqqət yetirmək vacibdir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, balın həddindən artıq istehlakı yüksək şəkər qəbuluna səbəb ola bilər. Artan şəkər istehlakı tip 2 diabet riskini artırır.

Bundan əlavə, yüksək miqdarda şəkər istehlakı piylənmə və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə yol açır.

Əlavə olaraq, hər şeydə olduğu kimi, balı səhv istehlak etsəniz, bunun pis nəticələri ola bilər.
Balda botulinum toksini ola bilən bakteriyalar var. Bu toksin xüsusilə körpələrdə qida zəhərlənməsinə səbəb ola bilər. Hətta tənəffüs əzələlərini iflic edərək ölümcül nəticələrə gətirib çıxarar.

Buna görə də bir yaşdan kiçik körpələrə bal verməkdən çəkinmək lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər

Bu suları içən insan sağlam ola bilməz…

redaktor

Gün ərzində sağlamlıq üçün atılan addımların sayı – ALİMLƏR

redaktor

İntellektual hərəkətliliyi artıran QİDALAR açıqlanıb

redaktor