24 C
Bakı
26 Sentyabr 2025 15:30
İdman

Afrika ölkəsindən Dünya Çempionatına qadağa: “Gedən gəlmir”

 

Afrikanın ən kasıb ölkələrindən biri olan Eritreyada dövlət futbol komandasının Dünya Çempionatının seçmə mərhələsinə getməsinə icazə vermir.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə dövlət FİFA-ya məlumat verib.

Buna səbəb futbolçuların səfər matçında ölkəni tərk etmələri olub.

Belə ki, 2019-cu ildə Şərqi və Mərkəzi Afrika Kuboku oyunları zamanı 7 futbolçu Uqandaya qaçıb. Həmin il gənclərdən ibarət milli komandanın 4 futbolçusu Zanzibara qaçıb. 2021-ci ildə isə səyahətə icazə verilən qadın milli komandasının 5 futbolçusu Uqanda matçından əvvəl yoxa çıxıb.

Qeyd edək ki, püşkatmada yer alan Eritreyanın rəqibləri Mərakeş, Zambiya, Konqo, Tanzaniya və Niger olub. Dövlət rəsmiləri bu ölkələrin çox cazibədar variantları olduğunu əsas gətirərək milli komandanın oyun oynamasına icazə verməmək qərarını davam etdiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

Rövnəq Abdullayev Şamaxıya niyə gedib? – SƏBƏBİ AÇIQLANDI

redaktor

“Qarabağ” “Lion”a qarşı: Start heyətlər açıqlandı

admin

“Səbail” klubunun baş məşqçisi Cavid Hüseynov QALMAQALLI müsahibəsindən sonra istefaya göndərildi.

admin