İdman

Viktor Lindelöf: “Azərbaycan millisinə çətin anlar yaşatmaq istəyirik”

 

“Azərbaycan millisinə qarşı uğurlu çıxış edib, onlara çətin anlar yaşatmaq istəyirik”.

“Report”un məlumatına görə, bunu İsveç yığmasının futbolçusu Viktor Lindelöf Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi səfər görüşündə 3 xal əldə etməyə çalışacaqlarını söyləyib:

“Təəssüf ki, final mərhələsinə çıxmaq şansımız yoxdur. Buna baxmayaraq, sabahkı oyuna eyni mentalitetlə çıxacağıq. Əvvəlki matçlarda olduğu kimi, bu dəfə də qələbə qazanmaq istəyəcəyik”.
Ulduz futbolçu səfərdə oynamağın onlara çətinlik törədəcəyini gizlətməyib:

“Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər. Düşünmürəm ki, bu bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də bunun gətirəcəyi çətinliyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan – İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” yuxumuzu ərşə çəkdi – Futbol şərhçisi

redaktor

Klubda heç bir rəsmi vəzifəsi olmayan Elşən adında şəxs Elmar Baxşıyevin “Araz-Naxçıvan”dan göndərib. Dəlixanadır…

admin

Türkiyəli idmançı İrəvandakı Avropa çempionatında huşunu itirdi – VİDEO

redaktor