11 C
Bakı
23 Mart 2026 23:06
Şou

Brilliant Dadaşova: “Ürək sözlərimi deyəcəyəm, bəyənmirlərsə, öz problemləridir”

 

“Gənclərimiz maariflənməlidirlər. Çox təəssüf ki, bizdə bir az savadsızlaşma inkişaf etməyə başlayır. Biz elə azad ölkədə yaşayırıq ki, qızlarımız, oğlanlarımız savadlanmalı, kitablar oxumalıdırlar”.

Tacxeber.com xəbər verir ki, bu sözləri “Sözbaz”a açıqlamasında Xalq artisti Brilliant Dadaşova deyib.

Sənətçi sosial şəbəkələrdə yazdığı rəylərdən söz açıb:

“Hər sahədə dünya standartlarına uyğunlaşırıq. İstəyirəm ki, savadlanmada da belə olaq. Ona görə də şərhlər yazıram. Bəzən yaxşı qarşılanır, bəzən yox. Amma mənim üçün fərqi yoxdur, necə qarşılanır. Ürək sözlərimi deyəcəyəm. İstəyən bəyənər, istəyən yox. Özlərinin problemidir. Gənclərin anası, yaşlıların bacısı kimi çalışıram ki, yanlarında olum. Mən öz millətimi çox sevirəm. Bu məsəl də ancaq bizdədir ki, ətimizi yesək də, sümüyümüzü atmarıq. Doğrudan da belədir. Kaş ətimizi yeməsək. Yaxşı olardı. Yeniliklər olsa, eşidəcəksiniz. Allah qoysa konsert də edərik”.

Tacxeber.com

Oxşar xəbərlər

Yardım mübahisəsi: “Lazımsız pal-paltarı tökməyin ora…“

redaktor

Səbnəm Tovuzlu: Qayınanamla küsülüyük

redaktor

Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da sazını qoyub gedir”

redaktor