11 C
Bakı
25 Mart 2026 20:19
Şou

Nadir: Ayan yox, Rihanna məni izləmədən çıxarsa, sevinərəm

Nadir: Ayan yox, Rihanna məni izləmədən çıxarsa, sevinərəm

Duet ortaqları olan Ayan Babakişiyevanın həmkarı Nadir Qafarzadəni “Instagram” sosial şəbəkədə izləmədiyi üzə çıxıb.

Tacxeber.com Bizim.Media-ya xəbər verir ki, bu məsələ Nadirin “10-da görüşək” səhər verilişində qonaq olduğu zaman bəlli olub.

Nadir deyib: “Mənim Ayanla münasibətlərim çox yaxşıdır. Onu “Instagram”da da izləyirəm. Yəgin ki o da məni izləyir”. Buna cavab olaraq isə proqramın aparıcısı Samir Bayramlı “Ayan sizi “Instagram”da izləmir”.

Qafarzadə isə aparıcıya belə cavab verib: “Mənim sosial şəbəkədə izlədiyim 39 nəfərin içərisində Ayan da var. Məni izləmirsə, Allah canını sağ eləsin. Ayan ulduzdur (gülür). O niyə məni izləməlidir ki?! Əsas odur ki, mən onu izləyirəm. Mən onu izləmədən çıxarmaram. Misal üçün, Aygün Kazımova heç kimi izləmir, amma mən onu izləyirəm. Əsas ürəyin olmasıdır.

İzləmək kimi məsələlər boş şeylərdir. Rihanna məni izləmədən çıxarsa, sevinərəm. Çünki ən azından o, Rihannadır”.

Qeyd edək ki, Nadir və Ayan silsilə duet mahnılar yazdırıb, onlara kliplər də çəkdiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

“Eynəklə elə bil türmədəyəm” – Xalq artisti

redaktor

İbrahim Tatlısəsin qızı 3 günlük yas qərarına SƏRT REAKSİYA verdi – “Əgər bu milli matəmdirsə…”

admin

Atasını ölənə kimi görmədi, anasını küçədə döydülər, Polad Bülbüloğlu ilə evli olduğu deyildi

redaktor