10 C
Bakı
27 Mart 2026 16:26
Gündəmİdman

“Bu fasilələr futbola böyük zərbədir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Qurbanov 3:1 hesabıyla qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Futbolçuları təbrik edirəm. Vacib qalibiyyət qazandıq. Sürətli əks-hücumları olan komandaya qarşı oynayırdıq. Şahin müəllimə uğurlar arzu edirəm.

Futbolçuların hər biri oyunlarda çıxış etmək istəyir. Onların düşüncəsi bizim üçüb önəmlidir. Bizim futbola hələ maraq azdır. Bu da ayrı bir mövzudur. Futbol sahəsində daha da inkişaf etməliyik. Həm klub, həm milli səviyyəsində oyunçular yetişdirmək lazımdır. Buna vaxt lazımdır. İnşallah, biz də daha çox irəliyə gedərik.

Milli komandalara görə yaranan fasilələr futbola çox böyük zərbə vurur. Dəfələrlə olub ki, mənim komandamda ən bahalı futbolçular milli fasilədə zədələnib. Milli komandaya gedirlər, yorğun qayıdırlar, formadan düşürlər. FİFA bu barədə düşünməlidir. Tək bizim yox, dünya futbolu üçün problem halına gəlmiş bir vəziyyətdir. Bu, geniş bir mövzudur. Çox danışmayım, sonra məni cərimələyərlər.” (Futbolinfo)

Tacxeber.com

Oxşar xəbərlər

“Toplum TV işi”: “İstintaq xidməti müqavilələrimi qrant kimi təqdim edib”

admin

Xəzər dənizi üzərindən uçan təyyarə qəza siqnalı verərək məcburi eniş etdi – FOTO

admin

Əliyev Kadırovla danışmaqdan imtina edib

redaktor