Dünya

Estetik cərrahiyə reklamlarına görə 80 nəfər həbs edildi

 

İranda sosial mediada estetik cərrahiyə reklamlarına görə 80 nəfər həbs edilib.

Tacxeber.com “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, İranın Kiberməkana Nəzarət (FƏTA) Polisinin rəis müavini Hüseyn Əmirli bildirib ki, İnstaqramda insanların estetik əməliyyat adı altında şəxsi fotolarını dərc edən hesabların fəaliyyətinə görə 84 nəfər həbs olunub.

Məlumata görə, 11 milyondan çox izləyicisi olan 125-ə yaxın İnstaqram səhifəsi aşkarlanıb.

Qeyd edək ki, sözügedən sosial media hesablarında insanların razılığı olmadan onların şəkillərinin paylaşıldığı üzə çıxıb.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp nəhayət Hindistanı Rusiya neftindən imtina etməyə məcbur etdi

redaktor

Rəisi vəfatından öncə peycer işlədib

redaktor

“30 il ərzində ifşa olunmayan silsilə qatil sonunda öz şöhrətpərəstliyinin badına getdi” – Yadigar Sadıqlı

admin