20 C
Bakı
24 İyun 2025 08:10
İdman

Messi “Qızıl top”u azarkeşlərə təqdim etdi

Messi “Qızıl top”u azarkeşlərə təqdim etdi

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Nyu-York Siti” ilə yoldaşlıq oyununun başlanğıcında meydana “Qızıl top”la daxil olub.

Tacxeber.com xəbər verir ki, 36 yaşlı argentinalı karyerasında səkkizinci dəfə qazandığı “Qızıl top”u yerli publikaya nümayiş etdirib.

“Bu sevinci hamınızla bölüşmək çox xoşdur. Mən burada yeniyəm, amma elə gəlir ki, uzun müddət keçib. Mən təkcə burada olanlara deyil, Mayamidəki hər kəsə təşəkkür etmək istərdim. Gələn il daha yaxşı olacağına şübhəm yoxdur. Biz bu uğurdan həzz almağa, daha çox titul qazanmağa çalışacağıq və ümid edirəm ki, siz bizimlə olacaqsınız”, –  deyə Lionel Messi vurğulayıb./Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov hamı ilə görüşdü – Bir ondan başqa – VİDEO

redaktor

Mərakeş futbolçuları mükafatlarından kasıbların xeyrinə imtina edib…

redaktor

Futbolda artıq mavi kart da olacaq…

admin