24 C
Bakı
12 Avqust 2025 00:26
Dünya

Evin qapısından yemək oğurlayan ayı kameraya düşdü – VİDEO

 

ABŞ-ın Florida ştatının Orlando şəhərində bir ayı evin eyvanından yemək oğurlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.

Hadisə müşahidə kamerasına düşüb. Belə ki, kuryer Tako Bell fast food şəbəkəsindən 45 dollar dəyərində yemək və içkiləri evin qapısına qoyub.

Kuryer sifarişin şəklini çəkib və ordan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra ayı sifarişi götürməyə gəlib. Əvvəlcə yemək paketini götürüb, sonra qazlı içki üçün qayıdıb.

Ev sahibləri vəhşi heyvanı görüblər və çölə çıxmağa qorxublar. “Fox TV” kanalının məlumatına görə, “oğru”nun qara baribal ayı olduğu üzə çıxıb. Bu yetkin yırtıcının çəkisi 400 kq-a çata bilər.

Oxşar xəbərlər

Əsəd ölkədən neçə milyard dollar qaçırıb? – Şok rəqəm

redaktor

Pakistan baş nazirinin telefon danışıqları satışa çıxarıldı

admin

Partiyanın tədbirində silahlı hücum – Xəsarət alan var

redaktor