12 C
Bakı
29 Mart 2026 00:35
CəmiyyətSağlamlıq

Yer süfrəsində yeməyin bilmədiyiniz FAYDALARI

Əvvəllər stol-stuldan istifadə etmirdik, ayaqlarımız keyimiş halda yer süfrəsində yemək yeyərdik. İndi isə çoxumuz stol arxasında oturaraq yemək yeyirik.

Bəs hansı sağlamlıq üçün faydalıdır?

Təəccüblü olsa da, sağlamlıq üçün yerdə oturaraq yemək masada oturmaqdan daha faydalıdır. Xüsusilə də bardalaş qurararaq oturmaq sağlamlıq üçün ən yaxşı yemək pozisiyasıdır.

Sözügedən pozisiya əzələdəki gərginlikləri azaldır, qan təzyiqini normal səviyyəyə gətirir, nəfəs almağı yavaşladır.Bu amillər bir araya gələrək yediyimiz qidaların həzminə müsbət təsir edir.

Bundan əlavə, yer süfrəsində yeməyə uzanıb daha sonra geri çəkilmək qarın əzələlərinin həzm mayesini ifraz etməsinə şərait yaradır. Bu da qidanı düzgün və sürətli şəkildə həzm etməyə kömək edir.

Həmçinin bardalaş quraraq oturduğumuz zaman mədəmizin üst hissəsinin sıxılması daha az yeyərək arıqlamağımıza da kömək edir.  (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər

Diqqət: Xoruldamaq ciddi xəstəliyin əlaməti ola bilər

redaktor

Ağdam rayonuna köçürüləcək 1987 ailə üçün 1.6 milyon pul yol pulu ayrıldı.

admin

Bu erməni qadının oğlu Qarabağda şəhid olub – VİDEO

redaktor