14 C
Bakı
01 Aprel 2026 11:11
Cəmiyyət

Palçıqdan daxma, siçanlı yataq: Altı nəfərlik ailənin dramı – VİDEO

 

Astara rayonunun Tüləgüvan kəndində yaşayan ailənin yardıma ehtiyacı var.

Bu barədə Baku TV-nin “Arzunun vaxtı” verilişində məlumat verilib.

6 nəfərdən ibarət ailə (ata, ana və 4 uşaq) palçıq və taxtadan tikilmiş daxmada şəraitsiz vəziyyətdə yaşayır.

42 yaşlı ananın sözlərinə görə, bir övladını imkansızlıq ucbatından itirib:

“Qızıma ana südü verə bilmirdim, yemək də almağa imkanımız olmadı. Ev yeməyi yedi, xəstələndi və öldü”.
Ailənin böyük oğlu, 10-cu sinif şagirdi Qalib universitetə hazırlaşır və ali təhsil almağı ən çox bu vəziyyətdən qurtulmaq üçün istədiyini deyir:

“İstəyirəm ki, vəziyyətimiz qonşularınkı kimi olsun. Sinif yoldaşımgilə getmişdim, baxdım ki, mənim evim onun mətbəxi, hamamı kimi belə deyil”.

Ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Əhaliyə ŞAD XƏBƏR: Sənədsiz evlərlə bağlı QƏRAR VERİLDİ

admin

Kubra Əliyeva: “Çingiz Aslan böyük şəxsiyyətimizin adını batıran bir övlad oldu, buna baxmayaraq, layiqincə dəfn olunur…”

redaktor

Azərbaycanda daha bir neçə bank bağlana bilər.

admin