7 C
Bakı
26 Dekabr 2025 21:50
DünyaSiyasət

Mahmud Abbas HƏMAS-ı rədd etdi – Qəzza ilə bağlı sürpriz təklif.

Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas İsrailin HƏMAS-la müharibəsindən sonra yenidən Qəzza zolağına nəzarəti ələ keçirməyə hazır olduqları fikrini təkrarlayıb.

O, bunun yalnız 1967-ci ildə qurulan, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini əhatə edən hərtərəfli siyasi həllin bir hissəsi olacağı təqdirdə baş verəcəyini söyləyib.

İsrail hazırda zolağı idarə edən HƏMAS-ı məhv etməyə yönəlmiş hərbi əməliyyatı dayandırdıqdan sonra Qəzzaya təhlükəsizlik nəzarətini qeyri-müəyyən müddətə saxlamaq fikrində olduğunu, amma bölgəni işğal etmək niyyəti güdmədiyini bildirib.

İsrailin Mahmud Abbasın çağırışı ilə razılaşmayacağına görə münaqişədən sonra zolağa kimin nəzarət edəcəyi məlum deyil.

Mərhum liderləri Yasir Ərəfatın ölümünün 19-cu ildönümü ilə bağlı çıxışında Abbas Ərəfatın mirasını qorumağa və Fələstin xalqının yeganə legitim qurumu kimi Fələstinə nəzarət edən Fələstin Azadlıq Təşkilatını (FAT) qorumağa çağırıb.

“The Times of Israel” nəşrinə görə, Abbas bununla FAT-ın rəqibi HƏMAS-ı rədd edib.

Abbas İsrailin Fələstin ərazilərini işğalına son qoymaq üçün beynəlxalq təminatlar və vaxt cədvəlini təmin etmək üçün beynəlxalq sülh konfransının keçirilməsinə çağırış edib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

“Hər şey başqa cür cərəyan edə bilər, Rusiya ilə tammiqyaslı müharibə realdır…” – Stoltenberq

admin

Xalid Əhədov Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edildi

redaktor

“Türkiyə kimi bir ölkə ilə müharibə edək? Nə danışdıqlarını bilirlər?” – Paşinyan

redaktor