Hadisə

Azyaşlıya qarşı kobudluq görüntüləri – Loqopeddən açıqlama

 

Bakıda loqoped uşaqla kobud davranıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Aysel Nəbiyeva adlı loqoped nitq məhdudiyyətli uşağa qışqıraraq, topları qabdan boşaldıb:

“Tez topları yığ və mənə gətir. Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı”.

Daha sonra o, “Gördün ki, adamı necə tabe edirlər?” sözlərini işlədib.

Loqoped Aysel Nəbiyeva Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülər yarımçıq yayılıb:

“Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılmasıdır.

Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır”.

 

Oxşar xəbərlər

“Məclis info işi” üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan edilib

redaktor

90 gündür həbsdə aclıq edən Fazil Qasımovun hər an həyatını itirə biləcəyi bildirilir

admin

37 yaşlı kişi yol kənarındakı ağacdan özünü asdı

redaktor