10 C
Bakı
04 Mart 2026 13:43
Dünya

İsrail prezidentindən Ancelina Coliyə SƏRT REAKSİYA

İsrail prezidentindən Ancelina Coliyə SƏRT REAKSİYA

İsrail prezidenti İsaak Hersoq İsrail- Fələstin münaqişəsində İsraili günahlandıran Ancelina Coliyə sərt reaksiya verib .

Tacxeber.comxəbər verir ki, Hersoq Ancelina Colinin İsrail xalqına özünü müdafiə etmək hüququ vermədiyini bildirib.

İsaak Hersoq Britaniya televiziyasında Piers Morqanın qonağı olub və Hollivud ulduzuna reaksiya verib. Colinin Qəzzaya hücumla bağlı tənqidlərinə tamamilə qarşı olduğunu deyən Hersoq, məşhur aktrisanın heç vaxt Fələstinə və İsrailə getmədiyini bildirib:

“Düşünürəm ki, o, heç vaxt Qəzzada olmayıb, heç vaxt da burada olmayıb. O, heç vaxt buradakı faktları görməyib.

Üzr istəyirəm, amma Qəzzada insanlar müharibə olduğunu bilirlər, lakin onların sağ qalmasına mane olacaq heç bir humanitar böhran yoxdur. Əksinə, Qəzzanın cənub hissəsində beynəlxalq ictimaiyyət və İsrail tərəfindən təhlükəsiz zona var ki, vətəndaşlar həmin əraziyə köçə və tam qayğı ilə əhatə oluna bilsinlər”.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-dan İsrailə Qəzza TƏLƏBİ

admin

Pakistanlılar saxlanıldı – Azərbaycandan Rusiyaya keçərkən

redaktor

İsrail Suriyada Rusiya hərbi bazası yerləşən Tartus limanına HÜCUM EDİB

redaktor