Dünyaİdman

Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək.

Qazaxıstanın “Turan” klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.

Bu barədə “Report”a 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli məlumat verib.

Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib.

Elcan Həsənli 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra “Turan”ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini söyləyib. O, məhz bu səbəbdən FIFA-ya şikayət etdiklərini və tələblərinin qəbul olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda “Neftçi”də çıxış edən Emil Balayev 2022-ci ilin martından iyuluna qədər “Turan”ın formasını geyinib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan gerbi, Ermənistan adı – “Temu”dan QALMAQALLI MƏHSUL

redaktor

USQ Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu!

admin

Biz istisnasız olaraq hamını geri qaytarana qədər işimizi davam etdirəcəyik – Zelenski

redaktor