20 C
Bakı
20 Oktyabr 2026 04:03
Dünya

Qəzzaya paraşütlə dərmanlar atıldı

 

İordaniya təcili tibbi ləvazimatları və dərmanları Qəzza zolağındakı İordaniya Səhra Xəstəxanasına hava yolu ilə çatdırıb.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İordaniyanın rəsmi xəbər agentliyi “Petra” məlumat verib.

Digər tərəfdən İordaniya Kralı II Abdullah “X” Platformasından açıqlama verib.

“Allaha həmd olsun, Silahlı Qüvvələrimizin Hərbi Hava Qüvvələrinin üzvləri bu gecə Qəzza zolağında İordaniya səhra xəstəxanasına təyyarədən təcili tibbi və dərman yardımını endirməyə nail olublar”, – deyə qeyd edib.

Həmçinin kral ölkəsinin “Fələstinli qardaşlarına ən yaxın və ən çox dəstək verən ölkə” olaraq qalacağını bildirib.

“Qəzzadakı müharibədən əziyyət çəkən yaralılara kömək etmək bizim borcumuzdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Tehranın İslamabada sərhəd mesajı

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor