15 C
Bakı
29 Mart 2026 16:54
İdman

Tofiq Musayev Takedanı nokauta saldı – Video

 

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində qüvvələrini sınayıblar.

Tacxeber.com xəbər verir ki, təmsilçilərimiz Nəriman Abbasov, Tofiq Musayev (hər ikisi 71 kq) və Vüqar Kərəmov (66 kq) Milli Gimnastika Arenasında keçirilən döyüş gecəsində mübarizə aparıblar.

Musayev Yaponiya təmsilçisi Toji Takeda ilə görüşüb. Döyüşçümüz üçüncü raundda rəqibinə nokautla qalib gəlib.

Kərəmov yaponiyalı Çihiro Suzukiyə uduzub. Abbasov isə rusiyalı Ali Abdulxalikovla qarşılaşmada məğlub olub.

 

Oxşar xəbərlər

Ceyk Pol yenidən Taysonu ələ saldı

redaktor

Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verildi

redaktor

Superkubok oyunun ləğvi ilə bağlı Səudiyyə şirkətindən İLK AÇIQLAMA – FOTO

admin