16 C
Bakı
26 Sentyabr 2025 22:50
CəmiyyətHadisə

Tacir Şahmalıoğlu şəhid qardaşının övladını axtarır.

Müğənni Tacir Şahmalıoğlu Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqamın oğlunu axtarır.

Sənətçi bu haqda “Evdəkilərə salam” proqramında deyib.

O bildirib ki, qardaşının həyat yoldaşı övladı ilə itkin düşüb:

“Şəhid qardaşımın bir övladı var, amma onu tapa bilmirik. Qardaşım Xocalıda idi, orada öldürüldü. Qardaşım orada evlənib, gəlinin adını da bilmirik. Bir il sonra oğlu dünyaya gəlib. O vaxt ermənilərin içindən keçib Xocalıya getmək lazım idi. Vəziyyət pisləşmişdi deyə, toya gedə bilmədik. Üstündən 35 il keçib. Gəlin Şuşadandır. Xocalı soyqırımı zamanı gəlin Şuşada anasının evində olub. Ona görə bilirəm ki, həyatdadır”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

“Psixoloqların əksəriyyətinin özünə psixoloq lazımdır” – Siyavuş Novruzov

redaktor

Hikmət Mirzəyev XTQ şəhidi Pəncəlinin anasının qarşısında… – VİDEO

redaktor

Nevroloq yaşlılarda əl titrəməsinin səbəblərini açıqladı

redaktor