19 C
Bakı
24 İyun 2025 00:58
CəmiyyətHadisə

Tacir Şahmalıoğlu şəhid qardaşının övladını axtarır.

Müğənni Tacir Şahmalıoğlu Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqamın oğlunu axtarır.

Sənətçi bu haqda “Evdəkilərə salam” proqramında deyib.

O bildirib ki, qardaşının həyat yoldaşı övladı ilə itkin düşüb:

“Şəhid qardaşımın bir övladı var, amma onu tapa bilmirik. Qardaşım Xocalıda idi, orada öldürüldü. Qardaşım orada evlənib, gəlinin adını da bilmirik. Bir il sonra oğlu dünyaya gəlib. O vaxt ermənilərin içindən keçib Xocalıya getmək lazım idi. Vəziyyət pisləşmişdi deyə, toya gedə bilmədik. Üstündən 35 il keçib. Gəlin Şuşadandır. Xocalı soyqırımı zamanı gəlin Şuşada anasının evində olub. Ona görə bilirəm ki, həyatdadır”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

23 il yaşamış Asəf Zeynallının dağılmış 90 yaşlı qəbiri: Niyə ona sahib çıxan tapılmır? – VİDEO

redaktor

Monika Belluççi çılpaq fotolarını paylaşdı

admin

Emreli ilə Kloze arasında nə baş verib? – Narazılığın təfərrüatı

admin