DünyaGündəm

Rusiyanın ən müasir gəmilərindən biri batırıldı

Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan ən müasir gəmilərindən birini batırıb.

Bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk məlumat yayıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər Kerçdəki “Zaliv” gəmiqayırma zavoduna zərbələr endirib. Zərbə nəticəsində gəmi batırılıb.

Qeyd edək ki, Krım rəhbəri Sergey Aksyonov noyabrın 4-də Ukrayna Silahlı Qüvvələrinin Kerç şəhərində gəmiqayırma zavodunu 15 qanadlı raketlə vurması barədə məlumat vermişdi. Aksyonov zərbələr nəticəsində zavodda yerləşən gəminin zədləndiyini bildirmişdi. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-də daha bir təyyarə qəzası: Şəhərdə yanğın başladı

redaktor

2025-ci il mayın 9-da biz tariximizin daha bir parçasını itirdik!

admin

Hindlilər iyrəndirən həyat tərzləri ilə necə olub ki, texnoloji sıçrayışa nail olublar?

admin