Cəmiyyətİdman

Xankəndi stadionunda yenilik: “Qarabağ” oyunlara başlayır?

Xankəndi şəhər stadionunda təmir işlərinə başlandığı söylənilir.

Ağdam təmsilçisi “Qarabağ” futbol klubunun sözügedən arena ilə bağlı adının müsbət mənada hallanmasından sonra informasiyanın gerçəkləşəcəyi real görünür.

Belə ki, ötən günlərdə “Köhlən atlılar”ın ev oyunlarını Xankəndidə keçirmək istədikləri haqda xəbərlər yayılıb.

Bu mövsüm Premyer Liqa, yaxud ölkə kubokunun bir neçə matçı bu stadionda baş tuta bilər.

Məlumata görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb.

“Qarabağ” rəhbərliyinin hətta Xankəndiyə səfər etdiyi də yayılan informasiyalar arasında yer alıb.

Sözügedən arenanın tutumu 15 min nəfərdir.

Həmçinin bildirilirdi ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruzə edib.

P.S.: Xəbərin əsas fotosu montajdır və mətnə uyğun seçilib. Tezliklə bu şəkildə və ya bundan da yaxşı formada görmək ümidi ilə. (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi: “Həbsxanalarda həddən artıq sıxlıq və qeyri-rəsmi iyerarxiya problemini həll edin”

admin

Cəmil Həsənli: “Şahnaz xanım kimi təmiz adam həbs edilirsə, ölkəni həbsxana elan etsinlər”

admin

Xolesterola gözlənilməz təsiri olan meyvələr – TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

admin