16 C
Bakı
27 Sentyabr 2025 22:54
CəmiyyətHadisə

AMEA-da qəribə olay: baş direktor ola-ola vəzifəsi vakansiyaya çıxarıldı.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru vəzifəsi vakansiyaya çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsi bununla bağlı müsabiqə elan edib.

Qeyd edilib ki, müsabiqədə vəzifəyə uyğun olaraq AMEA-nın həqiqi və müxbir üzvləri, elmlər doktorları, fəlsəfə doktorları iştirak edə bilərlər.

Müsabiqə elan edilməsinə baxmayaraq, hazırda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru filologiya elmləri doktoru Fərman Xəlilovdur.

O, açıqlamasında sözügedən vakansiyadan xəbərsiz olduğunu söyləyib. Bildirib ki, işdən çıxmayıb və hazırda işinin başındadır.

Tacxeber.com

Oxşar xəbərlər

Adam bıçaqlamaqda şübhəli bilinən deputatlığa namizəd həbs edildi

redaktor

İranda TRAGİKOMİK HADİSƏ – Prezidentin kortejində benzin bitdi, yolda qaldı

redaktor

Dövlət sərhədində 2 nəfər tutulub, 6 kq narkotik və silah götürülüb – FOTO

admin