Cəmiyyət

Akif Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

Akif Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

Bakı Kommersiya Məhkəməsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi Akif Çovdarovun oğlu Ruslana qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iddia təmin edilib, yəni Ruslan Çovdarovun ölkədən çıxışına “stop” qoyulub.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Ruslan Çovdarovu məhkəməyə verərək xususi icraat – vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) barədə tələb irəli sürüb.

Tacxeber.com

Oxşar xəbərlər

Psixoloq burun əməliyyatı etdirənlərdən danışdı: “Buratino kimi hamının burun ucu dik qalxır, bərbad görünüş yaradır”

redaktor

Kickboxing MMA idmançısımız Kickboxing MMA ve Jiu Jitsu üzrə keçirilən təlim məşq toplanışında.

admin

“TikTok”dan VPN-lə istifadə edənlərə XƏBƏRDARLIQ EDİLDİ

redaktor