Dünya

Zaxarova Paşinyanın arvadını hədəf aldı

Zaxarova Paşinyanın arvadını hədəf aldı

“Biz bunu rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndiririk”.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh formulu üzrə üçüncü beynəlxalq konfransda iştirakını şərh edərkən deyib.

Eyni zamanda, Zaxarova Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyanın Kiyevə səfərini və Ermənistan parlamentinin sədri Alen Simonyanın Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə Dublində görüşünü bir daha xatırladıb:

“Paşinyan özü Qrenadada Stefançukla görüşüb. İrəvan bilməlidir ki, bu, ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flörtdür. Başqa bir tərif yoxdur. Təəssüflər olsun ki, respublikanın indiki rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdıqları müttəfiqlik münasibətlərimizi məqsədyönlü və israrla pozur”.

Tacxeber.com

Oxşar xəbərlər

İtaliyada məhkum artıq dördüncü dəfə həbsxanadan qaçdı

admin

Əhaliyə xəbərdarlıq! – Axşam saat 22:00-dan başlayır, ehtiyyatlı olun.

admin

Ermənilər NBM şokundan ayılmayıb: “Danışıqlar heç bir nəticə vermir”

redaktor