25 C
Bakı
23 İyun 2025 17:32
CəmiyyətDünyaTarix

Avropalı nazir türklər barədə: “Kökümüz birdir, qardaşıq”

Macarıstan Baş naziri Viktor Orban Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə qazaxların və macarların ortaq tarixi köklərini əsas gətirərək, vətənə gəlməyin həmişə yaxşı olduğunu deyib.

Baş nazir Orta Asiyanın macarların tarixi vətənləri olduğunu söyləyib.

“Evə gəlmək həmişə yaxşıdır. Sizinlə bu regionda tarixi əsaslandırılmış əlaqələrimiz var. Sizin uğurlarınızdan razıyıq. Bir qohum üçün hər şey yaxşı olanda, bizim üçün də yaxşıdır. Bütün ailə xoşbəxt olduqda yaxşıdır”, – Orban bildirib.

Macarıstan baş naziri türkləri “qardaş xalq” adlandırıb:

“İndi təhlükəsizlik baxımından qeyri-sabit bir dövrdə yaşayırıq. Bu məsələləri dostlarla, qardaş xalqlarla müzakirə etmək çox vacibdir. Təkcə iqtisadi yox, həm də təhlükəsizlik məsələlərini”.

Tokayev öz növbəsində qazaxlarla macarların qədim ənənələrə malik qohum xalqlar olduğunu vurğulayıb:

“Deyirsiniz ki, Qazaxıstan sizin vətəninizdir. Bunun səbəbi odur ki, kökləriniz buradan başlayır. Siz özünüz də qıpçaqlara çox yaxınsınız. Qazaxlar bu həqiqəti yaxşı bilirlər. Ona görə də biz sizə çox minnətdarıq. Sizin səfəriniz çox önəmlidir. Ümid edirik ki, bu, iki ölkə arasında əməkdaşlığa təkan verəcək”.  (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Bakının bu ərazisində 40 otaqlı villa SATILIR – Elan hər kəsi heyrətləndirdi…

redaktor

Deputat:”Səhər yeməyinə ehtiyac yoxdur, insan oğlu gündə bir dəfə qidalanıb…”

redaktor

Moskvaya kütləvi PUA hücumu: 2 aeroport fəaliyyətini dayandırdı

redaktor