26 C
Bakı
21 İyun 2025 19:40
Dünya

Paşinyanın qızı ilə xaricə getməsi: “Problem nədir?”

Paşinyanın qızı ilə xaricə getməsi: “Problem nədir?”

Qanun Ermənistanın baş nazirinin ailəsinə, eləcə də digər yüksək rütbəli dövlət məmurlarına xidmətlərini nəzərdə tutur.

Tacxeber.com Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan hökuməti aparat rəhbərinin müavini Armenak Xaçatryan deyib.

O, Nikol Paşinyanın ailə üzvlərinin onunla tez-tez xaricə dövlət təyyarəsində səfərə getməsi ilə bağlı iradla münasibət bildirib.

Nikol Paşinyanın övladları üçün büdcə hesabına, məsələn, Avropa Parlamentinə ekskursiyalar və səfərlər təşkil olunub-olunmaması ilə bağlı suala Xaçatryan mənfi cavab verib. Onlardan Avropa Parlamentinə necə çatdıqlarını soruşulduqda, aparat rəhbərinin müavini deyib: “Mən bu məsələdə iştirak etmədiyim üçün bu sualın konkret cavabını bilmirəm. Qanun Ermənistanın baş nazirinin ailəsinə xidmət göstərməklə yanaşı, digər yüksək vəzifəli şəxslərə də xidmət göstərməyi nəzərdə tutur. Əgər məsələn, baş nazir ailə üzvlərindən biri ilə səfərə getməyi qərara alıb və bunu edibsə, onda problem nədir?”

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Ukrayna vətəndaşlarının təxliyə edildiyini açıqladı

redaktor

Saakaşvilinin əfv olunması… – Gürcüstan Prezindenti sərt danışdı

redaktor

Zelenskidən Qərbə şok ittiham: Rusiya ilə müharibəni siz başladınız

redaktor