CəmiyyətDünya

İlon Mask: Soros bəşəriyyətə fundamental səviyyədə nifrət edir…

Amerikalı sahibkar İlon Mask bildirib ki, milyarder və Açıq Cəmiyyət Fondunun rəhbəri Corc Soros misantropdur (insansevməz, insanlardan qaçan)…

Poliqon xəbər verir ki, biznesmen bu fikri amerikalı komediya ustası Co Roqanın podkastında bildirib.

“Məncə, o, bəşəriyyətə fundamental səviyyədə nifrət edir”, deyə İlon Mask Corc Soros haqqında danışarkən bildirib.

Maskın fikrincə, Corc Soros namizədlərin yerli vəzifələrə seçilməsinə kömək etməkdə nə qədər təsir göstərə biləcəyini bilir, çünki o, qanunların dəyişdirilməsinə ehtiyac olmadığını, önəmli olan onların necə həyata keçirildiyini başa düşür.

Sahibkar fond rəhbərini ABŞ-da “Demokratlar Partiyasının əsas sponsoru” adlandırıb.

Qeyd edək ki, sentyabr ayında İlon Mask Corc Sorosu Qərb sivilizasiyasını məhv etmək cəhdində ittiham edib. Daha sonra biznesmen Açıq Cəmiyyət Fondunun söz azadlığına təzyiqlərini dayandırmaq üçün onu məhkəməyə vermək planlarını açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Mini geyinən ətli-budlu qadınları televiziyaya çağırıb kameranı onlara tuşlayırlar…”

admin

Türk ölkəsi İranda terminal inşa edə bilər

redaktor

Şimali Koreyadan gələn mərmilər Rusiya top və minaatanlarının lülələrində partlayır…-RƏSMİ

admin