2 C
Bakı
11 Fevral 2026 00:18
Gündəmİdman

“Marsel” – “Lion” oyunu ləğv edildi – Qalmaqal

Fransa Liqa 1-in 29 oktyabr Bakı vaxtı ilə saat 23:45-də başlamalı olan “Marsel” – “Lion” matçı ləğv edilib.

 RMC Sport xəbər verir ki, buna ev sahibi azarkeşlərin qonaq komandanın avtobusuna hücumu səbəb olub.

Komandalar arasında keçirilməli olan qarşılaşmadan əvvəl “Marsel” azarkeşləri “Lion”un futbolçuları və məşqçilərinin olduğu avtobusa daş atıb. “Lion”un baş məşqçisi Fabio Qrosso şüşə qırıntılarından xəsarət alıb . Avtobus Velodrom stadionuna gedərkən daşqalaq edilib. Avtomobilin şüşəsi sındırılıb. F.Qrossonun üzünə şüşə qəlpələri dəyib . İtaliyalı mütəxəssis qan içində stadiona gəlib. Fabio həkimlərin tibbi müdaxiləsindən sonra özünə gəlib.

Oyunun yeni tarixi daha sonra açıqlanacaq. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Payızın ən faydalı meyvəsi

redaktor

Cavanşir Paşazadənin yalanı faş oldu – FOTO

admin

Vahid Əhmədovdan sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR

admin