11 C
Bakı
30 Mart 2026 02:51
Gündəmİdman

“Marsel” – “Lion” oyunu ləğv edildi – Qalmaqal

Fransa Liqa 1-in 29 oktyabr Bakı vaxtı ilə saat 23:45-də başlamalı olan “Marsel” – “Lion” matçı ləğv edilib.

 RMC Sport xəbər verir ki, buna ev sahibi azarkeşlərin qonaq komandanın avtobusuna hücumu səbəb olub.

Komandalar arasında keçirilməli olan qarşılaşmadan əvvəl “Marsel” azarkeşləri “Lion”un futbolçuları və məşqçilərinin olduğu avtobusa daş atıb. “Lion”un baş məşqçisi Fabio Qrosso şüşə qırıntılarından xəsarət alıb . Avtobus Velodrom stadionuna gedərkən daşqalaq edilib. Avtomobilin şüşəsi sındırılıb. F.Qrossonun üzünə şüşə qəlpələri dəyib . İtaliyalı mütəxəssis qan içində stadiona gəlib. Fabio həkimlərin tibbi müdaxiləsindən sonra özünə gəlib.

Oyunun yeni tarixi daha sonra açıqlanacaq. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

“Fransanın yaşıl paytaxtı”nda – Nantdan fotoreportaj

admin

“Transfer etməməyimiz o demək deyil ki, qrupa ümidsiz gedirik” – Qurban Qurbanov

admin

“Elza Seyidcahan Nəsiminin şeirini imzasız paylaşmışdı, millət ağzına gələni yazdı…”

redaktor