20 C
Bakı
24 İyun 2025 01:45
Gündəmİdman

“Marsel” – “Lion” oyunu ləğv edildi – Qalmaqal

Fransa Liqa 1-in 29 oktyabr Bakı vaxtı ilə saat 23:45-də başlamalı olan “Marsel” – “Lion” matçı ləğv edilib.

 RMC Sport xəbər verir ki, buna ev sahibi azarkeşlərin qonaq komandanın avtobusuna hücumu səbəb olub.

Komandalar arasında keçirilməli olan qarşılaşmadan əvvəl “Marsel” azarkeşləri “Lion”un futbolçuları və məşqçilərinin olduğu avtobusa daş atıb. “Lion”un baş məşqçisi Fabio Qrosso şüşə qırıntılarından xəsarət alıb . Avtobus Velodrom stadionuna gedərkən daşqalaq edilib. Avtomobilin şüşəsi sındırılıb. F.Qrossonun üzünə şüşə qəlpələri dəyib . İtaliyalı mütəxəssis qan içində stadiona gəlib. Fabio həkimlərin tibbi müdaxiləsindən sonra özünə gəlib.

Oyunun yeni tarixi daha sonra açıqlanacaq. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Eminin qolu ingilis şərhçini dəli etdi: Mən doğru görürəm?! – VİDEO

redaktor

Pepe: “Argentinalı hakim Portuqaliyanın oyununu idarə etməli deyildi”

redaktor

Trampla Putin danışdı, Avropa liderləri təcili… – Puşkov

admin