24 C
Bakı
16 Oktyabr 2026 12:37
HadisəPlanet

Xəzər sahillərində çoxsayda suiti və nərə balığı leşləri tapıldı.

Xəzər dənizinin Tüpkaraqan yarımadasının sahilində suiti cəsədləri aşkar edilib.

Bu barədə Almatı Hidrobiologiya və Ekologiya İnstitutunun əməkdaşları məlumat veriblər.

İnstitutun elmi işçisi, ölmüş Xəzər suitilərinin histoloji tədqiqatları ilə məşğul olan Cazirə Sıdıkovanın sözlərinə görə, vəziyyəti qiymətləndirmək və nümunələr götürmək üçün təcili ekspedisiya göndərilib. Hadisə yerinə gələn kimi institutun əməkdaşları tədqiqat üçün balıq və suitilərdən nümunələr götürüblər.

Hələ alimlər gəlməmişdən əvvəl 51 cəsəd Bautino kəndi yaxınlığındakı poliqona aparılıb. Ərazidə həmçinin kəskin parçalanma mərhələsində olan 75 nərə balığı leşi də aşkar edilib.

Alimlər bildirirlər ki, tapıntılar oktyabrın 10-11-də güclü şimal və şimal-qərb küləkləri ilə bağlıdır. (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin