4 C
Bakı
27 Dekabr 2025 00:13
Dünya

Netanyahu təhlükəsizlik xidmətlərini ittiham edən paylaşımını sildi

 

İsrailin Baş naziri Benyamin Netanyahu tənqidlərdən sonra “X” sosial sosial şəbəkə hesabında təhlükəsizlik xidmətlərinə qarşı ittihamların yer aldığı paylaşımı silib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

Qeyd olunur ki, Netanyahu HƏMAS hərəkatının yaraqlılarının hücumu barədə ona xəbərdarlıq etmədikləri üçün ölkənin təhlükəsizlik orqanlarını tənqid edib.

İsrail müxalifətinin lideri Yair Lapid qeyd edib ki, Netanyahu uğursuzluqlarda kəşfiyyat xidmətlərini günahlandıraraq “qırmızı xətti keçib”.

“Netanyahunun 7 oktyabrda baş vermiş dağıdıcı hücumda təhlükəsizlik və kəşfiyyat xidmətlərini günahlandıran şərhlərinə görə qəzəb artıb”, – nəşr yazıb.

Daha sonra Netanyahu bu postu hesabından silib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Rusiya Zaporojyaya əlavə qoşun yeridir

redaktor

Böyük Britaniya Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniyaya başlayır

redaktor

Qərb koalisiyası Ukraynanı qorumağa hazırdır – Starmer

redaktor