27 C
Bakı
10 Avqust 2025 01:07
Dünya

“İsrail Maskın sözlərinə görə “Starlink” ilə əlaqələri kəsir” – Nazir

İsrailin rabitə naziri Şlomo Karhi İlon Maskın sözlərini pisləyib.

 İsrailli siyasətçi sosial şəbəkə hesabında bildirib ki, nazirlik “Starlink” ilə bütün əlaqələri kəsir.

“Bəlkə Mask bu qərarı qaçırılan uşaqlarımızın, oğullarımızın, qızlarımızın, qocalarımızın azad edilməsi ilə şərtləndirmək istərdi? O vaxta qədər nazirlik “Starlink” ilə bütün əlaqələri kəsir”, – Karhi bildirib.

Qeyd edək ki, oktyabrın 27-də axşam saatlarında Fələstin provayderi “Jawwal” bildirib ki, Qəzza zolağında telefon rabitəsi və internet fəaliyyətini dayandırıb. Bunun fonunda İsrail Müdafiə Qüvvələri havadan, qurudan və dənizdən anklava hücumların intensivləşdiyini açıqlayıb. Dünən İlon Mask “Starlink”in Qəzza zolağına yardım göstərmək üçün beynəlxalq səviyyədə tanınmış təşkilatlarla əlaqə yaradacağını bildirib. Bu gün səhər saatlarından isə Qəzza zolağında internet bağlantısının bərpa edildiyi xəbəri yayıb.  (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın ilk dəfə ən müasir qırıcısı vuruldu – Foto

admin

Rusiyadan qaçırılan helikopterlər Ukraynaya satılıb – İstefadan sonra ortaya çıxdı

admin

22 illik fəaliyyət – “Skype” niyə bağlanır?

admin