25 C
Bakı
25 Sentyabr 2025 15:28
Dünya

Heydərovun iki generalının fəaliyyəti yoxlanılır – Şübhəli məqamlar var

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində və Dövlət Yanğın Nəzarəti Xidmətində ciddi yoxlamalar keçirilir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, istefaya göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin sabiq rəisi, general-mayor Füzuli Əsədov və Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) sabiq rəisi, general-mayor Hikmət Abbasovun rəhbərlik etdikləri dövrlər yoxlanılır.

Əldə etdiyimiz məlumata görə, artıq sözügedən qurumlarda ciddi nöqsanlar aşkarlanıb. Belə ki, ayırılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi məlum olub.

İdarələrin maddi texniki təchizatında ciddi nöqsanlar aşkar edilib. Həmçinin yanğınsöndürmənin şəhər və rayon şöbələrində də bir sıra kadrların təyinatında şübhəli məqamlar ortaya çıxıb.

Hazırda qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi  istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, general-mayor Füzuli Əsədov bu ilin iyun, general-mayor Hikmət Abbasov bu ilin sentyabr ayında vəzifələrindən azad olunublar.

Bir neçə gün sonra isə FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin rəis vəzifəsində çalışmış Amal Teymurov tutduğu vəzifəsindən azad edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Putinlə bacarmadığını getdikcə daha çox başa düşür – Daniel DePetris

redaktor

Arktikanın əriməsi milyonlarla insan üçün təhlükə mənbəyidir

redaktor

Tramp: “Ukrayna pullarımızın hara getdiyini izah etməlidir və ya geri qaytarmalıdır”

redaktor