22.8 C
Bakı
10 İyun 2026 02:46
Dünya

İmamın sözləri Acun daxil olmaqla hər kəsi güldürdü – VİDEO

 

Ərzurumda radio, televiziya və internet jurnalistikasını özündə birləşdirən media kompleksinin açılışında imamın duası Acun Ilıcalı daxil olmaqla bütün qonaqları güldürüb.

Tacxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, imam “Allahım Fuad qardaşımızın dünyadan xəbər verdiyi kimi, axirətdən də xəbər verməsini nəsib et” deyib.

İş yeri sahibi Fuat Yılmaz imamın dilini sürüşdürdüyünü söyləyib.

“Təxminən 23 ildir ki, radio sektorundayam. Uzun zəhmət nəticəsində yeni məkanımızı açdıq. Media kompleksində radio, televiziya, həmçinin internet jurnalistikası həyata keçiriləcək. Açılışımızda tanınmış aparıcı və media maqnatı Acun Ilıcalı iştirak edib.

İmamın sözləri bəlkə də günün ən unudulmaz anı oldu. Açılış sanki o zarafatın gerisində qaldı. İmamımız bizi güldürdü. Allah da onu güldürsün”- deyə o əlavə edib.

 

Oxşar xəbərlər

Britaniya və ABŞ İranı bölünmədən necə xilas etdi?

redaktor

Zəlzələni öncədən deyən alim yeni xəritə paylaşdı: yaxın günlərdə… – FOTO

redaktor

AZAL İsrailə və əks istiqamətdə bütün reysləri ləğv edib

admin