Dünya

İmamın sözləri Acun daxil olmaqla hər kəsi güldürdü – VİDEO

 

Ərzurumda radio, televiziya və internet jurnalistikasını özündə birləşdirən media kompleksinin açılışında imamın duası Acun Ilıcalı daxil olmaqla bütün qonaqları güldürüb.

Tacxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, imam “Allahım Fuad qardaşımızın dünyadan xəbər verdiyi kimi, axirətdən də xəbər verməsini nəsib et” deyib.

İş yeri sahibi Fuat Yılmaz imamın dilini sürüşdürdüyünü söyləyib.

“Təxminən 23 ildir ki, radio sektorundayam. Uzun zəhmət nəticəsində yeni məkanımızı açdıq. Media kompleksində radio, televiziya, həmçinin internet jurnalistikası həyata keçiriləcək. Açılışımızda tanınmış aparıcı və media maqnatı Acun Ilıcalı iştirak edib.

İmamın sözləri bəlkə də günün ən unudulmaz anı oldu. Açılış sanki o zarafatın gerisində qaldı. İmamımız bizi güldürdü. Allah da onu güldürsün”- deyə o əlavə edib.

 

Oxşar xəbərlər

Kremldə namaz qıldı – FOTO

admin

Rusiya-NATO müharibəsi başlayır? – Məxfi sənədin gerçək üzü

admin

Dini örtük altında xarici təsir və qızışdırıcı təşəbbüslər: Azərbaycanda qadınların siyasi-manipulyativ aksiyaları

redaktor