Cəmiyyət

“Get, kimə şikayət edirsən, et” deyən sürücü işdən çıxarıldı

“Get, kimə şikayət edirsən, et” deyən sürücü işdən çıxarıldı

Sosial şəbəkələrdə “BakuBus” sürücüsü və sərnişin arasında baş verən mübahisənin görüntüləri yayılıb. 32 nömrəli marşrut xəttində baş verən dava zamanı sürücü nalayiq ifadələr işlədib. O, avtobusu saxlayıb və sürməyəcəyini bildirib. “Get, kimə şikayət edirsən, et” deyən sürücünün hərəkəti gedəcəyi ünvana gecikən sərnişinlərin narazılığına səbəb olub.

Tacxeber.comxəbər verir ki, məsələ barədə “BakuBus” MMC açıqlama verib.

 MMC-dən bildirilib ki, qurumun istismarında olan 32 nömrəli marşrut xəttinin sürücüsü ilə bağlı yayılan videogörüntülər hərtərəfli araşdırılıb:

“Sürücünün davranışının qaydalar çərçivəsində olmadığı öz təsdiqini tapdı. Sürücü əmək qanunvericiliyinə əsəsən işdən azad edilib.

Bu kimi halların qarşısını almaq üçün sərnişinlərlə əlaqə imkanlarımızı genişləndirmişik ki, anında reaksiyaları ala bilək. Xidmət keyfiyyətinin daha da yüksək səviyyəyə çatdırılması baxımından keyfiyyətə nəzarət mütəxəssisləri gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin yanında olaraq rəyini öyrənirlər”.

Tacxeber.com

Oxşar xəbərlər

“Atamın şəkilini mənim şəkilimlə birlikdə paylaşmayın, əcəb edib açıq-saçıq geyinirəm”-FOTO

redaktor

Sahibə Qafarova iddiasında haqlıdırmı?

admin

Balıq konservalarında civə aşkarlandı Bazarlardan yığışdırılır

admin