32 C
Bakı
12 Avqust 2025 16:56
DünyaGündəmTəhsil

Dünya universitetlərinin ən yeni reytinq cədvəli -İxtisaslar üzrə

Böyük Britaniyanın Times Higher Education (THE) nəşri oktyabrın 26-da 2024-cü il üçün ixtisaslar üzrə dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısını (World University Rankings 2024 by subject) açıqlayıb.

Qeyd edək ki, reytinq sıralaması ümumi göstəricilərə görə yox, konkret olaraq hər hansı ixtisas üzrə liderlik göstəricisinə görə dəyərləndirilib.

Tacxeber moderatora istinadən xəbər verir ki, 2024-cü il üçün nəzərdə tutulan və bu gün elan edilən ən son siyahıda ABŞ və Böyük Britaniya universitetləri bütün 11 fənn üzrə birinci yerdədir.

Harvard Universiteti və Stanford Universiteti müvafiq istiqamətlərdə – 3 fənn üzrə ən çox bal toplayaraq siyahıda ilk pillələrdə qərarlaşmağı bacarıblar.

Harvard Universiteti mühəndislik, hüquq və həyat elmləri, Stenford Universiteti isə incəsənət və humanitar elmlər, psixologiya və sosial elmlər üzrə liderlik edirlər.

Massaçusets Texnologiya İnstitutu (MIT) biznes və iqtisadiyyat sahəsində liderdir və sosial elmlərdə də yüksək mövqedədir.

1.İncəsənət və humanitar elmlər – Stenford Universiteti

2.Biznes və iqtisadiyyat – Massaçusets Texnologiya İnstitutu

3.Səhiyyə – Oksford Universiteti

4..İnformatika – Oksford Universiteti

5.Təhsil-Kaliforniya Berkli Universiteti

6.Mühəndislik işi-Harvard Universiteti

7.Hüquq-Harvard Universiteti

8. Həyat elmləri-Harvard Universiteti

9. Fizika elmləri-Kaliforniya Texnologiya İnstitutu

10. Psixologiya-Stenford Universiteti

11. Sosial elmlər – Massaçusets Texnologiya İnstitutu və Stenford (ortaq)

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır

redaktor

Vahid Əhmədov: Gəncləri xaricə oxumağa göndəririk, geri qayıtmırlar

redaktor

Bayden bu dəfə Zelenskini Putinlə səhv saldı – VİDEO

redaktor