Dünya

Zəngəzurda Rusiyanın konsulluğu açılacaq

Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində Rusiyanın konsulluğu açılacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan parlamentində çıxışı zamanı məlumat verib.

“Rusiya tərəfi müvafiq qaydada Qafanda konsulluğun açılması üçün müraciət edib. Ermənistan isə müvafiq qaydada bütün nüansları nəzərə alaraq razılıq verib”, – o qeyd edib.

Lakin Ermənistan XİN başçısı konsulluğun nə vaxt açılacağı barədə məlumat verməyib: “Ermənistan və Rusiyanın müvafiq strukturları bu məsələdə əməkdaşlıq edir”.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp “TikTok” almaq niyyətində olan ABŞ alıcılarının siyahısının olduğunu bildirib

redaktor

Hindistan-Pakistan müharibəsinin ən ağır bədəlini Fransa ödədi

redaktor

Fransa Rusiyanın pullarını Ukraynaya verir.

admin