Dünya

İsrail XİN başçısı: “HƏMAS dünyadan silinməlidir”

 

“HƏMAS dünyadan silinməlidir”.

Tacxeber.com xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen “X”də yazıb.

O, BMT Baş katibi Antoniu Quterreşlə görüşdən imtina etdiyini bildirib.

Nazir buna səbəb kimi BMT-nin balanslı siyasət yeritdiyini göstərib: “7 oktyabrdan sonra balanslaşdırılmış yanaşmaya yer yoxdur”.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bəşər Əsədin var-dövləti açıqlandı – SİYAHI

redaktor

Monika Belluççi çılpaq fotolarını paylaşdı

admin

Rusiya gəmisində baş vermiş yanğının arxasında Ukrayna dayanır – İDDİA

redaktor