28 C
Bakı
11 Avqust 2025 22:07
GündəmSağlamlıq

İnsult qocaların xəstəliyi olmaqdan çıxıb – Gənclərə xəbərdarlıq!

 

“Uzun müddətdir ki, insult ancaq qocaların xəstəliyi olmaqdan çıxıb”.

Tacxeber.comxəbər verir ki, bu barədə rusiyalı tibb eksperti Cavqarat Murtazəliyeva son dövrlərdə insult hallarının artmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, gənclər arasında insult halları getdikcə daha çox müşahidə olunur.

“Əvvəllər 50-60 yaşlı insult xəstələri gənc sayılırdı. İndi bu yaş artıq bizi təəccübləndirmir. 40 yaşlılar artıq nadir deyil, hətta 30 yaşlı xəstələr də var. Bəzi hallarda tam sağalma mümkündür və xəstə nə qədər gənc olarsa, onun reabilitasiya potensialı da bir o qədər yaxşı olar. Çünki yaş artdıqca neyronların sayı azalır”, – deyə mütəxəssis bildirib.

O, insanları hələ gənc yaşlarından sağlamlıqlarına nəzarət etməyə çağırıb.

Tibb işçisi insult barədə miflərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu xəstəlik irsi deyil.

Bununla belə “ailə xəstəliyi” nəticəsində yarana biləcəyi barədə də xəbərdarlıq edib.

“Məsələn, insult üçün əsas səbəblər ürək problemləri, diabet və hipertoniyadır. İnsult riskini azaltmaq üçün mütəmadi olaraq sağlamlığınızı yoxlatmalısınız”, – deyə Murtazəliyeva bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Boymadərən bitkisinin faydaları

redaktor

Xameneyinin nümayəndəsi: “İran anadır, azərbaycanlılar da anasını söyməməlidir, ona kin saxlamamalıdır”

redaktor

Şirniyyatdan imtina ömrü 10 il uzadır

admin