21 C
Bakı
23 İyun 2025 02:11
Sağlamlıq

Qorxudan araşdırma: bu xəstəlik 2050-ci ilə qədər 50% artacaq

 

Ümumdünya İnsult Təşkilatının çətiri altında toplaşan bir qrup beynəlxalq tədqiqatçı insultla bağlı ölüm hallarının artması və onların səbəblərini araşdırıb.

Tacxeber.com xəbər verir ki, nəticələri “Lancet Neurology” jurnalında dərc edilən araşdırmada 2050-ci ilə qədər insultdan ölümlərin 50% artacağı və hər il orta hesabla 9,7 milyon insanın öləcəyi təxmin edilib.

İnsult bütün dünya əhalisində müşahidə edilsə də, bu sağlamlıq problemindən qaynaqlanan ölümlərin 86%-i aşağı və orta gəlirli ölkələrdə baş verir.

Həmçinin 55 yaşdan aşağı insult keçirən şəxslərin sayının artdığı bildirilib.

İnsult ilə bağlı ölümlərin sayının daha çox olması, səhiyyə resurslarının qeyri-bərabər paylanması, profilaktika proqramlarının və həyat tərzinin olmaması kimi amillərlə bağlıdır.

Qeyd edək ki, 2017-ci ildə dünya üzrə insult müalicəsinə 891 milyard dollar xərclənib. 2050-ci ildə isə təxminən 2,31 trilyon dollar xərclənəcəyi proqnozlaşdırılır.

Tacxeber.com

Oxşar xəbərlər

Gözləri gücləndirən möcüzəvi qarışıq – Hər kəs istifadə etsin

redaktor

Ürək-damarlarında problem olanlara təyyarədə uçmaq təhlükəlidir – Həkim

admin

Könül Xasıyeva Almaniyaya getdi ?

admin