Dünya

Qəzzadan İsrailə 550-yə yaxın uğursuz raket atışı qeydə alınıb

 

Oktyabrın 7-dən indiyədək İsrail hərbçiləri Qəzza zolağından 550-yə yaxın uğursuz raket atışı qeydə alıb.

Tacxeber.com xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Həqari deyib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp: Tehranla birbaşa danışıqlar başlayıb, amma…

redaktor

Rusiya ordusu öz təyyarəsini vurdu

redaktor

Bakıda izdiham yaradan “Çemodanlı adam” kimdir? – Video

redaktor