Dünya

Putin dostuna görə almanca müraciət etdi – VİDEO

 

Rusiya Prezidendi Vladimir Putin Almaniyanın keçmiş kansleri, dostu Şröderə qarşı edilənlərə münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində aparıcı Pavel Zarubinin bu barədə sualını cavablandırıb.

Putin bildirib ki, bu yaxınlarda hamı Kanada parlamentində nasistin alqışlanması kimi rüsvayçı hərəkətin şahidi oldu:

“Məni Almaniyada yaxşı başa düşmələri üçün alman dilində deyirəm, Gerhard Şröderdən nə qədər uzaq olsanız, Kanada parlamentinin spikeri, nasist Entoni Roteyə bir o qədər yaxın olacaqsınız. Almaniyada çoxlu ləyaqətli insanlar var və əminəm ki, çoxları bunu eşidəcək”.

Qeyd edək ki, Gerhard Şröder Almaniyanın yenidən birləşməsinin 33-cü ildönümü münasibəti ilə keçirilən rəsmi mərasimə dəvət edilsə də, hökumətin protokol xidməti onu ölkənin aparıcı siyasətçiləri, o cümlədən hazırkı kansler Olaf Şoltsla eyni sırada əyləşməsinə icazə verməmişdi.(axar.az)

Oxşar xəbərlər

Rusiya çökür, KTMT-dən çıxmalıyıq – Qriqoryan

admin

Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılıb – SƏRƏNCAM

redaktor

Əfqanıstanda universitetlərdə tələbə qızlar üçün dərslər dayandırılıb

redaktor