Hadisə

Bakıda tanınmış şair küçədə özündən getdi, xəstəxanaya yerləşdirildi – FOTO

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, publisist Balayar Sadiqin səhhəti pisləşib.

Bu barədə İqtisadiyyat.az-a açıqlamasında onun həmkarı Qəşəm Nəcəfzadə məlumat verib.

O bildirib ki, bu gün 28 May metrosunun yaxınlığında onunla təsadüfən rastlaşıb və hal-əhval tutublar.

B.Sadiq Q.Nəcəfzadə ilə sağollaşıb bir neçə metr irəlilədikdən sonra huşunu itirərək yerə yıxılıb. Ətrafdakı insanlar onun köməyinə gəlsələr də, şairin huşunun özünə gəlmədiyi məlum olub.

Nitqini itirdiyi bildirilən şair hadisə yerinə çağırılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, B.Sadiq 1965-ci ildə Lerik rayonunda anadan olub.

 

Oxşar xəbərlər

İranda azərbaycanlı qadın vəkil HƏBS EDİLDİ

redaktor

Rusiya təyyarəsi sərt eniş etdi – YARALILAR VAR

redaktor

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

redaktor