26 C
Bakı
21 İyun 2025 20:21
DünyaMədəniyyət

Fələstini dəstəklədiyinə görə konsertləri ləğv olundu.

Dünyaca məşhur pianoçu Fazıl Sayın İsveçrədəki konsertləri Fələstinə dəstək paylaşımlarına görə ləğv olunub.

Pianoçunun 4 – oktyabrın 23, 24, 25 və 26-da Sürix, Bern, Cenevrə və İsveçrənin Luzern şəhərlərində keçirilməsi planlaşdırılan konsertlərinin ləğv edildiyi bildirilib.

Fazıl bununla bağlı sosial media hesabında paylaşım edib:

“Migros” şirkətinin rəsmiləri konsertlərin ləğvinə İsrail-Fələstin münaqişəsi ilə bağlı yayımladığım fikirlərimi əsas göstəriblər. Bütün yazılarım heç bir dəyişiklik olmadan sosial mediamda qalır. Sülh tərəfdarıyam, paylaşımlarım da bu istiqamətdə olub.

24 ildir İsrailə gedən biriyəm. Terror hadisələri hamımız kimi məni də kədərləndirdi. Yazmışdım ki, Netanyahunun (red. İsrailin Baş naziri Benyamin Netanyahu) gələcəyi olmayan müharibə siyasətini çox yanlış və cinayət hesab edirəm. Vurğuladım ki, Avropada ifadə azadlığına etibar etmək olar, heç bir qaranlıq və ya anlayışsızlıq olmayacaq. Bu narahatedici hadisə mənim inamımı sarsıtdı”.  (Axşam)

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan Üçüncü Dünya müharibəsi açıqlaması: 2 ölkənin adını çəkdi

redaktor

Bu dərman 17 min COVID-19 xəstəsinin ölümünə səbəb olub

redaktor

Böyük Britaniya Rusiya neftini satan azərbaycanlıların şirkətinə sanksiya qoyub

admin